12px13px15px17px
Tarix:10/02/14

Pentaqon beyinə implantasiya edilə bilən ötürücü hazırlayır

“Bloomberg” agentliyi yazır ki, Pentaqon beyin zədələnməsindən sonra yaddaşın qismən bərpası məqsədilə ötürücünün beyinə implantasiyası üzərində iş aparır.
 
“ICTnews” elektron xəbər xidməti “hitech.newsru.com” saytına istinadən bildirir ki, hələ ilkin hazırlanma mərhələsində olan layihənin məqsədi 2000-ci ildən etibarən baş nahiyəsindən yaralanmış 280 mindən çox amerikalı müharibə veteranına kömək etməkdir.
 
Layihə üzərində aparılan işlərin uğurla başa çatdırılacağına 100% əminlik yoxdur, çünki alimlər uzun müddətdir beyin zədələri və yaddaş itkisinin müalicəsi üçün dərman vasitəsinin yaradılması üzərində çalışırlar.
 
“İnsan yaddaşının işləmə prinsipi elm üçün hələ ki sirdir – Toronto Universitetinin neyrocərrahiyyə kafedrasının rəhbəri Andre Lozano deyib. Bu tədqiqat fundamental elm üçün böyük əhəmiyyət kəsb edir. Belə ki, yaddaş pozulmaları, həmçinin kəmağıllılıq və ya alsqeymer xəstəliyindən əziyyət çəkən xəstələrin həyatını dəyişdirə bilər.
 
Hər il ABŞ-da ən azı 1,7 milyon insana "yaddaş itkisi" diaqnozu qoyulur. ABŞ Səhiyyə Nazirliyinin qiymətləndirməsinə görə, ölkə iqtisadiyyatı nəticədə ildə 76 milyard dollardan çox itirir.
 
Emil Hüseynov



Baxış sayı: 657

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024