12px13px15px17px
Tarix:11/02/14

Dronlar sənədlərin çatdırılmasında istifadə olunacaq

Birləşmiş Ərəb Əmirliyi (BƏƏ) sürücülük vəsiqəsi və başqa dövlət sənədlərinin çatdırılması üçün pilotsuz uçuş aparatlarından (PUA) istifadəyə hazırlaşır. BƏƏ-nin vəzifəli şəxsləri bu yaxınlarda xüsusi pilotsuz aparat prototipi təqdim ediblər. Onlar deyiblər ki, 6 ay ərzində dronlar Dubayda sınaqdan keçiriləcək. Layihə uğur qazanarsa, bir il ərzində pilotsuz təyyarələr artıq bütün ölkə üzrə istifadə ediləcək.
 
“ICTnews” elektron xəbər xidməti “itc.ua” saytına istinadən bildirir ki, BƏƏ-də istifadə ediləcək pilotsuz uçuş aparatı dörd vint, akkumulyator batareyası və yük üçün kiçik bölmə ilə təchiz edilib. Dronun konstruksiyasının eni 45,7 santimetr təşkil edir və onun əsas fərqləndirici xüsusiyyəti daktiloskopik ötürücü və gözün torlu qişasının skaneridir ki, bu da bağlamanın kənar əllərə düşməsinin qarşısını alır.

Bundan başqa, PUA məlumatları qum qasırğası və güclü istidən yüksək müdafiə dərəcəsinə malikdir.

Emil Hüseynov



Baxış sayı: 523

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






16 Aprel 2024

15 04 2024