12px13px15px17px
Tarix:11/02/14

Dövlət Qulluqçularının Reyestri İnformasiya Sisteminin klient hissəsi veb texnologiyalar əsasında qurulub

Ötən il ərzində Dövlət Qulluqçularının Reyestri inkişaf etdirilib, verilənlər bazasındakı məlumatlar yenilənib, əlavələr edilib.
 
 
Bu məlumat  Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın 2013-cü il ərzində fəaliyyəti barədə hesabatda öz əksini tapıb.
 
      Məlumatda göstərilir ki, hazırda reyestrdə 41 mərkəzi icra hakimiyyəti orqanı, 79 yerli icra hakimiyyəti orqanı, 97 məhkəmə hakimiyyəti orqanında çalışan dövlət qulluqçuları haqqında “Dövlət qulluqçusu anketi” formasına uyğun məlumatlar toplanılıb. 2013-cü ildə reyestrin idarəetmə sisteminin yeni proqram təminatı olan Dövlət Qulluqçularının Reyestri İnformasiya Sisteminin (DQRİS) istismarına başlanılıb. Əvvəlki sistemdən fərqli olaraq DQRİS-in klient hissəsi veb texnologiyalar əsasında qurulub. Sistemin pilot variantı bir neçə dövlət orqanında sınaqdan keçirilib, verilən təkliflər nəzərə alındıqdan sonra bu sistemdən digər dövlət orqanlarında da istifadə imkanı yaradılıb. Veb texnologiyaların tətbiqi onlayn rejimdə dövlət orqanlarının kadr qurumları tərəfindən sistemdə dövlət qulluqçuları haqqında məlumatların idarə edilməsində çox böyük imkanlar yaradır.
 
 
Əvvəlki sistemin verilənlər bazasında olan məlumatların yeni DQRİS-in verilənlər bazasına miqrasiyası üzərində işlər davam etdirilib. Əvvəlki idarəetmə sisteminin verilənlər bazasında olan məlumatları dövlət orqanlarında olan cari vəziyyətlə müqayisə edib yeni sistemdə olan məlumatları redaktə etməklə dəqiqləşmələr aparmaq üçün yeni sistemdə “Ştat cədvəli – şəxslər üzrə” hesabatı generasiya olunaraq bütün dövlət orqanlarına göndərilib. Dövlət orqanlarında bu hesabatların cari vəziyyətə uyğunlaşdırılmasından sonra yeni sistemin verilənlər bazasında müvafiq redaktə işləri aparılaraq sistem tam işlək vəziyyətə gətirilib. Beləliklə, hazırda Dövlət Qulluqçularının Reyestrində 217 dövlət orqanı üzrə 27773 nəfər dövlət qulluqçusu üzrə məlumatlar var.
 
 
 Lakin onlardan 169 dövlət orqanının 19734 nəfər dövlət qulluqçusu üzrə məlumatlar tam emal edilib. Qalan 8039 nəfər dövlət qulluqçusu haqqında məlumatların emalı davam edir. Bunların bir hissəsini artıq DQRİS-in arxiv bazasına əlavə ediləcək dövlət qulluqçuları haqqında məlumatlar, təkrar məlumatlar və s. təşkil edir. İl ərzində dövlət orqanlarından daxil olan yeni dövlət qulluqçuları haqqında məlumatlar da DQRİS-in verilənlər bazasına əlavə edilib. Emal edilən məlumatlar hər ayın 1-dən gec olmayaraq yenilənir. 
 
CAHANGİR
 



Baxış sayı: 1731

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024