12px13px15px17px
Tarix:13/02/14

Nağdsız hesablaşmaların stimullaşdırılması ilə bağlı hazırlanan təkliflər açıqlanacaq

Yaxın zamanlarda nağdsız hesablaşmaların stimullaşdırılması ilə bağlı hazırlanan təkliflər paketi açıqlanacaq. "ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu barədə vergilər nazirinin müavini Sahir Məmmədxanov məlumat verib. Onun sözlərinə görə, nazirlik sözügedən təklifləri Mərkəzi Bankla birlikdə hazırlayıb:
 
“Ötən il bizə nağdsız ödənişlərin spektrinin genişləndirilməsi baxımından təkliflər vermək tapşırılmışdı.  Biz də il ərzində Mərkəzi Bankla birlikdə bu məsələləri işlədik”.
 
Nağdsız hesablaşmaların aparılması ilə bağlı hazırlanan təkliflərin hökumətə təqdim olunduğunu qeyd edən S.Məmmədxanov əlavə edib ki, paketlərdə vergi güzəştləri və digər güzəştlər də nəzərdə tutulub.
 
SEYMUR



Baxış sayı: 568

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024