12px13px15px17px
Tarix:13/02/14

Azərbaycanda internet bankçılıq inkişaf edir

Ölkədə internet istifadəçilərinin sürətlə çoxalması şirkətləri də bu istiqamətdə addımlar atmağa vadar edib. Azərbaycanda fəaliyyət göstərən daha bir bank da internet bankçılıq xidmətini ictimaiyyətin istifadəsinə verib.
 
Bununla əlaqədar olaraq “AtaBank” ASC özünün yeni “AtaNet” internet bankçılıq məhsulunun təqdimatını keçirib. Tədbirdə qeyd edilib ki, bu xidmətdən istifadə zamanı təhlükəsizlik məsələlərinə xüsusi diqqət ayrılıb. Məhsul beynəlxalq standartlara uyğun hazırlanıb və bir neçə səviyyəli mühafizə ilə təmin olunub.
 
Qeyd edilib ki, “AtaNet” məhsulu elektron imza ilə inteqrasiya olunan ilk və yeganə internet bankçılıq məhsuludur.  Bu məhsul korporativ biznes nümayəndələrinin, fərdi sahibkarların və VİP müştərilərin ehtiyacına və tələblərinə uyğun olaraq işlənib hazırlanıb. “AtaNet”lə ənənəvi bankçılıqda olan bütün əməliyyatları yerinə yetirmək mümkün olacaq.
 
Xidmətdən istifadə etmək üçün xüsusi avadanlıq və proqram təminatı almaq lazım deyil, bunun üçün, sadəcə, bankın veb-səhifəsinə daxil olmaq kifayətdir. Bankdan o da bildirilib ki, hazırkı məhsul gələcəkdə bankın bütün müştərilərinə təqdim olunacaq.
 
Seymur

 



Baxış sayı: 746

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024