12px13px15px17px
Tarix:14/02/14

Belarusla informasiya-kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq müzakirə olunub


 Belarusun Azərbaycandakı səfirliyinin nümayəndələri Sumqayıt  Texnologiya Parkında olub.
 
Belarus və Azərbaycan mütəxəssislərinin informasiya-kommunikasiya texnologiyaları sahəsində əməkdaşlığının mümkünlüyü ilə əlaqədar fikir mübadiləsi aparılıb. Diplomatlar Texnoparkın rəhbərliyi ilə görüşüb. Görüşdə Belarusda istehsal olunan avtomobil texnikası üçün detalların və komplektləşdiricilərin birgə kooperasiya istehsalının yaradılması üzrə əməkdaşlığın perspektivləri müzakirə edilib.
Bundan başqa Belarusun və Azərbaycanın dəmiryolu nəqliyyatı üçün yük vaqonları istehsalçıları arasında əlaqələrin qurulması məsələlərinə baxılıb.

  Belaruslu diplomatlar Texnoparkın ərazisindəki ağır maşınqayırma zavodunda və kommunikasiya sistemlərinin yaradılması üzrə laboratoriyada olublar.

RƏVAN



Baxış sayı: 662

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024