12px13px15px17px
Tarix:14/02/14

Mobil operatorlar vasitəsilə “Elektron ərizə” vermək üçün ödəmə kartı əldə edib iş nömrəsini və şifri unudanlar nə etməlidir?

“Azercell”, “Bakcell” və ya “Nar Mobile” mobil rabitə operatorları vasitəsilə 7725 nömrəsindən “Elektron ərizə vermək üçün ödəmə kartı” əldə edib iş nömrəsini və şifri unutmuş şəxslər unutduqları məlumatları təkrar olaraq telefonları vasitəsilə ala bilərlər.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) verilən məlumata görə, “Elektron ərizə vermək üçün ödəmə kartı”nın məlumatları barədə mesaj almaq üçün ödəmə kartını alarkən istifadə edilən telefon nömrəsindən 7745 nömrəsinə qısa mesajla 2 göndərmək lazımdır. Nəticədə abunəçinin nömrəsinə həmin nömrədən əldə edilmiş son üç virtual ödəmə kartı barədə məlumat göndərilir.
Qeyd edək ki, xidmət haqqı ƏDV daxil olmaqla 0,10 AZN təşkil edir.

CAHANGİR



Baxış sayı: 893

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024