12px13px15px17px
Tarix:15/02/14

Vyetnamın internet mağazası “Nokia”nın “Android”lə işləyən smartfonunun qiymətini açıqlayıb

“WMPoweruser” nəşri yazır ki, Vyetnamın “MaiNguyen.vn” internet mağazası “Nokia”nın “Android” əməliyyat sistemi ilə işləyəcək smartfonunu öz kataloquna əlavə edib.

“ICTnews” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, mağaza aparatın fotoşəklini və xarakteristikalarını dərc edib və smartfonun 2,2-2,5 milyon vyetnam donqu məbləğində olacağını deyib ki, bu da 103-117 ABŞ dollarına bərabərdir.

“MaiNguyen.vn” mağazasının məlumatına görə, qurğu “Android 4.4.2” ikə işləyəcək, ikinüvəli prosessor, 512 meqabayt əməli yaddaş alacaq və 5 meqapiksellik kamera ilə təchiz ediləcək.
Ekranın diaqonalı 4 düym, təsvir ölçüsü 480x854 nöqtə təşkil edəcək. Smartfonın daxili yaddaşı 4 QB-dır, həmçinin “microSD” üçün slot və sim kart üçün iki slot var.

 
Daha sonra smartfonun təsvirindən ibarət səhifə “MaiNguyen.vn” internet mağazasından silinib.
Ötən il dekabrın əvvəlindən şəbəkədə “Nokia” şirkətinin “Android” ilə işləyən smartfon çıxaracağı haqqında şayiələr gəzir. Qurğu 24 fevral tarixində Barselonada keçiriləcək “MWC” sərgisində nümayiş etdiriləcəyi gözlənilir.

Emil Hüseynov
 



Baxış sayı: 734

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024