12px13px15px17px
Tarix:15/02/14

ABŞ ordusu "Linux” sistemli tüfənglə silahlanacaq

2013-cü ilin mayında ABŞ-ın “TrackingPoint” şirkəti "Linux” əməliyyat sisteminin idarəetməsi ilə işləyən ballistik kompüter, lazer məsafəölçən və digər müasir texnologiyalarla quraşdırılmış snayper tüfənginin satışlarına başlayıb.   

 

Əvvəllər tərtibatçılar hətta orduların belə mükəmməl silahla təchiz edilməməsini xüsusi qeyd etsələr də, artıq ABŞ ordusu onların sınaqlarına başlayıb. Sınaqlar uğurlu alınsa, hərbçilər xüsusi təyinatlı bölmələri yeni silahla təchiz edə bilər.

 

Kompüter snayper tüfəngi hətta təcrübəsiz adama 500 metrdən hədəfi dəqiq nişan almağa imkan verir. Bundan əlavə, 1100 metrdən açılan atəş zamanı “ağıllı” tüfəngdən istifadə hədəfi adi tüfənglə müqayisədə ilk açılan atəşlə beş dəfə artıq dəqiq vurmağa şərait yaradır. Belə ki, istifadəçi hədəfi optik nişangaha qoşulan sensorlu ekranda göstərir. Bundan sonra tüfəng küləyin sürətini və istiqamətini, hədəfə olan məsafəni, hərəkət və titrəməni təhlil edərək atəş üçün məqam seçir. Həmçinin tüfəng lazım olduqda, hər açılan atəşi videolentə yazaraq onu “WiFi” ilə “iPad” planşetinə və ya digər qurğuya translyasiya edir. Bununla videonu “YouTube” və ya “Facebook” servislərində dərc edərək onu yenidən seyr etmək mümkün olacaq.

 

“PGF” snayper tüfənginin qiyməti konfiqurasiyasından asılı olaraq 10-27 min dollar arasında dəyişir. Nişan almaq üçün onlardan planşetlə birlikdə istifadə etmək mümkündür, - "IT Expert” yazır. 





Baxış sayı: 808

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024