12px13px15px17px
Tarix:17/02/14

ARGTMŞ “3G” strategiyası çərçivəsində həyata keçirdiyi layihələri cari ildə də davam etdirəcək

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) 2013-cü ildə qəbul etdiyi “3G” strategiyası çərçivəsində həyata keçirdiyi layihələri  2014-cü ildə də davam etdirəcək. Bununla yanaşı, bir sıra yeni layihələr, ARGTMŞ-nin üzv təşkilatlarının elektron bazasının hazırlanması, yenilənən “www.nayora.az” saytının istifadəyə verilməsi, gənclər təşkilatlarının fəaliyyətlərinin potensialının öyrənilməsi üçün sosioloji araşdırmanın keçirilməsi planlaşdırılır.
 
Bu haqda məlumat verən ARGTMŞ-dən bildirilib ki, qurum ötən ildən etibarən gənclər və gənclər təşkilatları üçün bir sıra yeni imkanlar yaradıb. Belə ki, ilk olaraq, “Gənclər Evi”ni yaradıb, gənclər təşkilatlarının bir sıra imkanlar əldə etməsini təmin edib. “Gənclər Evi”nin fəaliyyəti çərçivəsində gənclər və gənclər təşkilatları daha geniş auditoriyalara təlimlər keçirmək, görüşlər təşkil etmək üçün təlim zalından, müxtəlif mövzularda 1500-dən çox kitabdan faydalanmaq üçün kitabxanadan, təlim zamanı internet və bir sıra təlim vasitələrindən  istifadə edə bilirlər.
 
Bununla yanaşı, ARGTMŞ üzv təşkilatların inkişafı və onların kommunikasiya vasitələrinin sürətləndirilməsi və vahid bazadan idarə edilməsi üçün SMS və E-mail xidməti yaradaraq istifadəyə verib. ARGTMŞ-nin üzv təşkilatlar üçün irəli sürdüyü digər bir xidmət isə PR xidmətidir. Bu xidmət  ARGTMŞ üzv təşkilatların məlumatlarının sosial şəbəkələr və KİV-də  işıqlandırılmasına xidmət edir.
 
Həmçinin ARGTMŞ son bir il ərzində sırf  gənclər təşkilatları ilə əlaqədar QHT-lərin İdarəedilməsi Akademiyası (QİDA), Azərbaycan Könüllülük Xidməti (AKX), Xətdə Sosial Şəbəkə Akademiyasının fəaliyyətinə start verib, gənclərin inkişafı və beynəlxalq əlaqələrin artırılması üçün Avropa Birliyinin “Gənclər Fəaliyyətdə” (Youth İn Action) proqramına, Avropa Birliyinin, Avropa Gənclər Forumunun, Avropa Şurasının və MDB ölkələri çərçivəsində keçirilən layihələrə qoşulub.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 726

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024