12px13px15px17px
Tarix:17/08/11

2012-ci ildə “AMD” şirkəti daha sürətli hibrid prosessor istehsal edəcək

2012-ci ildə “AMD” şirkəti “Deccan” kod adlı növbəti nəsil platformasının istehsalına başlamaq niyyətindədir. Onun tərkibinə “Krishna” və “Wichita” hibrid prosessorları daxil olacaq, hansılar ki “Zacate” və “Ontario” seriyalarının indiki məmulatlarını əvəz edəcəklər. Çiplər “x86” arxitekturalı 4 hesablama nüvəsi, “DDR3-1600” yaddaş kontrolleri, “DirectX 11” proqram interfeysinin dəstəyi ilə inteqrasiya edilmiş qrafik kontroller, həmçinin yüksək dəqiqlikli videonun emalının sürətlənməsi bloku ilə təchiz ediləcəklər.
“Krishna” və “Wichita” hibrid prosessorları 28 nanometr texnologiya üzrə hazırlanacaqlar. “Turbo Core” sistemi olması ehtimalı var. Onun əsas vəzifəsi nüvələrin məhsuldarlığının avtomatik artırılmasıdır. Qeyd edilib ki, “Deccan” nəslinin həlli müasir hibrid prosessorları ilə müqayisədə 20% sürət artımı təmin edəcək, qrafik alt sistemin məhsuldarlığı isə dörddə bir qədər artacaq. “Krishna” və “Wichita” çiplərinin quraşdırılması üçün yeni “Socket FT2” konnektoru ilə olan sistem lövhə lazım olacaq. Bundan başqa, 2012-ci ildə “AMD” noutbuklar üçün “Trinity” çipi və “güclü kompyuter oyun sistemləri üçün “Komodo” prosessorunu istehsal etməyi planlaşdırır. Həmin il 32 nanometr texnologiya əsasında hazırlanan 20 nüvəli “Terramar” server çipinin istehsal ediləcəyi də gözlənilir.



Baxış sayı: 1726

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024