12px13px15px17px
Tarix:17/02/14

Ən bahalı “iPhone” smartfonu hansı ölkədə satılır?

Bu  günlərdə Braziliyada “Apple Store” mağazası açılıb. Bu mağaza yalnız Latın Amerikasında “Apple” brendi altında satılan məhsulların birinci oflayn satış nöqtəsi kimi deyil, həm də smartfonların qiymətinin yüksək olması ilə diqqət çəkib.

“ICTnews” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, “Bloomberg” agentliyinin yaydığı məlumata görə, 16 QB daxili yaddaşa malik “iPhone 5s” modeli Braziliyada mobil operatora bağlı olmadan 1174 dollara təklif edilir. Müqayisə üçün, ABŞ-da müvafiq qurğunun qiyməti 649 dollar, Çində təxminən 872 dollar, Rusiyada 850 dollar təşkil edir.

“Strategy Analytics” şirkətinin analitiki Nil Moustonun sözlərinə görə, “Apple” şirkəti Braziliya bazarına gəlməkdə iki-üç il gecikib, ancaq ekspert Latın Amerikasında birinci “Apple Store” mağazasının açılmasını mühüm hadisə adlandırıb.

Emil Hüseynov



Baxış sayı: 911

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024