12px13px15px17px
Tarix:18/02/14

“Ultra” şirkəti “3M” korporasiyasının distribüterlik statusunu alıb

Azərbaycanın aparıcı İT şirkətlərindən biri olan “Ultra” şirkəti “3M” korporasiyasının distribüterlik statusunu alıb.

Şirkətdən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, “Ultra” şirkəti “3M” korporasiyasının “3M Təhlükəsizlik” sahəsinin Azərbaycan üzrə distribüteri olacaq.

“3M” innovasiyalı məhsul və xidmətlər ilə müştərilərə xidmət edən çoxşaxəli texnologiya şirkətidir. Qlobal bazarda fəaliyyətdə olan əsas 6 istiqamətdən ibarət bir şirkətdir. Şirkət elmi tədqiqatlarda tanınmış lider, “3M” müxtəlif bazarların çoxluğu üçün minlərlə innovasiyalı məhsul istehsal edir. Satışda ilə 24 milyard dollar dövriyyəsi olan “3M” 75 min əməkdaşı ilə 60-dan çox ölkədə əməliyyatlar keçirir.

Qeyd edək ki, “Ultra” artıq bir neçə ildir ki, “3M” ilə əməkdaşlıq edir və ən son iri layihələrində “3M” məhsullarından istifadə edir.

Aynur Vəliyeva



Baxış sayı: 710

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024