12px13px15px17px
Tarix:18/02/14

Gəncənin park və meydanlarında “Wi-Fi” şəbəkəsi qurulacaq

Yaxın vaxtlarda Gəncənin park və meydanlarında “Wi-Fi” şəbəkəsi qurulacaq. Gəncə Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, simsiz şəbəkə şəhər parklarında dincələnlərə bəzi xəbər portallarına, sosial şəbəkələrə, dövlət strukturlarının saytlarına pulsuz çıxış əldə etməyə imkan verəcək.
 
“Wi-Fi” istifadəçiləri şəbəkədən videoya baxmaq və kontent yükləmək üçün istifadə etmək istədikdə kommersiya paketləri almalı olacaqlar .
 
Yeri gəlmişkən qeyd edək ki, hazırda Gəncədə 21 mindən çox genişzolaqlı internet istifadəçisi var. Bunlara Gəncə Telekommunikasiya İdarəsinin təqdim etdiyi “aztelekom.net” və özəl provayderlərin abunəçiləri aiddir.
 
 Hazırda  Gəncədə insanların sıx toplaşdığı ticarət obyektlərində, təhsil və səhiyyə müəssisələrində müasir elektron köşklər quraşdırılıb. Özündə taksofon və kompüterin funksiyalarını birləşdirən multimedialı taksofonlar vasitəsilə xidmətlərin göstərilməsi həm kağız əskinaslardan və qəpiklərdən istifadə etməklə, həm də operatorun taksofon kartlarının köməyi ilə həyata keçirilir.

  Eyni zamanda Gəncədə yeni taksofonlar  qurulub. Onların beynəlxalq çıxışı var. Taksofonlar vasitəsilə videozəng də etmək mümkündür.

Yeni taksofonlar blutuz və USB portları ilə təchiz olunub. Qurğu adi telefon xidmətləri göstərməklə yanaşı, internet şəbəkəsinə çıxmağa da imkan verir.

RƏVAN
 



Baxış sayı: 803

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024