12px13px15px17px
Tarix:19/02/14

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Yüksək Texnologiyalar Parkının fəaliyyəti ilə tanış olub

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov nazirliyin tabeliyində yaradılan Yüksək Texnologiyalar Parkının  ("YT Park") fəaliyyəti ilə tanış olub.
 
"YT Park"-ın yerləşdiyi ofisə keçirilən baxışdan sonra təsisatın gələcək inkişaf planları üzərində qurulan təqdimatın nümayişi olub.
 
Qeyd edilib ki, artıq "İASP"-yə (International Association of Science Parks and Areas of Innovation) üzv olan Yüksək Texnologiyalar Parkının formalaşdırılması, zəruri infrastrukturun qurulması, beynəlxalq təcrübənin öyrənilməsi, qarşılıqlı əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üçün danışıqların aparılması və digər təşkilati məsələlərin həlli istiqamətində işlər davam etdirilir. Həmçinin Azərbaycan bazarının ehtiyac və tələbatına uyğun layihələrin gündəmə gətirilməsi, bu layihələrin iqtisadi sektora təsirinin qiymətləndirilməsi, biznes transferi üzrə imkanlar və s. sahələrdə ciddi təhlilə əsaslanan araşdırmaların aparıldığı vurğulanıb.
 
Tədbirdə Yüksək Texnologiyalar Parkının ilk layihələrindən biri - biznes inkubasiyası mərkəzi olan "Pi Campus"a müraciətlərin qəbulunun artıq başlandığı, bu müraciətlərin sayının hazırda 20-yə çatdığı, mərkəzə təqdim edilən texnologiya yönümlü, innovativ layihələrə dövlət tərəfindən göstərilən dəstəyin təmin ediləcəyi haqda da məlumat verilib. Eyni zamanda hazırda "YT Park"ın ofisində yeni yaranan "start-up"-ların fəaliyyətə başladığı, müvafiq treninqlərin təşkilinin davam etdirildiyi bildirilib. Həmçinin parkın fəaliyyətinin ölkədə elmi-texniki araşdırmaların, kiçik və yeni şirkətlər tərəfindən aparılan riskli, amma perspektivli yeniliklərin tətbiqində önəmli rolu olan mexanizmin - vençur maliyyələşdirməsinin daxili bazarda canlanma yaradacağı da vurğulanıb. Müzakirələrlə davam edən tədbirdə nazir Ə.Abbasov "YT Park"ın gələcək fəaliyyətinin daha səmərəli təşkili, ölkə üçün mühüm əhəmiyyət kəsb edən layihələrə dəstək verilməsi istiqamətində tövsiyələrini bildirib.
 
 
Daha sonra "Yüksək Texnologiyalar Parkı"nın kollektivi ilə görüşən nazir beynəlxalq texnopark təcrübəsi və onların fəaliyyətinin qlobal iqtisadiyyata təsirindən söz açıb. Bu baxımdan ölkəmizdə yeni iqtisadi modelin və mühitin formalaşdırılması, o cümlədən iqtisadiyyatın davamlı inkişafı və rəqabət qabiliyyətinin artırılması, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan informasiya və kommunikasiya texnologiyaları sahələrinin genişləndirilməsi, elmi tədqiqatların aparılması və yeni informasiya texnologiyalarının işlənilməsi üzrə müasir komplekslərin yaradılmasının təmin edilməsində Yüksək Texnologiyalar Parkının üzərinə böyük vəzifələrin düşdüyünü qeyd edib. 



Baxış sayı: 1337

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






17 Avqust 2019

17/08/19
“NVIDIA” və “AutoX” şirkətləri Avropa bazarı üçün avtomatlaşdırılmış taksi hazırlayacaq

2020-ci ilin sonunadək “NVIDIA” qrafik prosessorlar istehsalçısı “AutoX” və “NEVS” şirkətləri ilə 

17/08/19
“iPhone” smartfonunda yeni təhlükəli boşluq aşkar edilib

Hakerlər "Kontaktlar" proqramının köməyi ilə “iPhone” qurğusuna müdaxilə etməyə 

17/08/19
Dəriyə bərkidilən yeni datçiklər istifadəçinin sağlamlıq vəziyyətini izləyir

Stenford Universitetinin mühəndisləri plastır kimi dəriyə yapışan datçiklərin 

16 08 2019

16/08/19
Yeni “iPhone” smartfonunun təqdimat tarixi və vaxtı məlum olub

“Apple” korporasiyası avqustun 15-də çıxarılmış “iOS 13” versiyasının 7-ci beta-versiyasının kodunda yeni

16/08/19
Operativ yaddaşın satışında azalma qeydə alınıb

“DRAMeXchange” şirkəti 2019-cu ilin ikinci rübündə dünya operativ yaddaş çipləri bazarının həcminin 14,84

16/08/19
“Windows” sisteminin idarəetməsi altında işləyən istənilən kompüterə müdaxilə üsulu tapılıb

“Windows” sisteminin terminal xidmətlərində cinayətkarlara qurbanın kompüterinə tam müdaxiləyə imkan verə

16/08/19
“Huawei” şirkəti “6G” şəbəkəsi üçün avadanlığın istehsalına başlayıb

“Huawei” şirkəti “6G” standartı üçün şəbəkə həlləri hazırlamağa başlayıb.

16/08/19
MHM-in əməkdaşı bilyard üzrə dünya ikincisi oldu

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin əməkdaşı Seymur Məmm

16/08/19
“5G” şəbəkəsini dəstəkləyən qurğuların sayı açıqlanıb

Beynəlxalq Mobil Həll Tədarükçüləri Assosiasiyası (Global Mobile Suppliers Association – GSA) qlobal baza

16/08/19
“Instagram” istifadəçilərə şübhəli məzmun haqqında məlumat verməyə imkan verəcək

“Instagram” sosial şəbəkəsi tərəfindən təqdim ediləcək yeni funksiya istifadəçilərə şübhəli məzmun haqqın

16/08/19
Dünyada elektron kağız üçün ilk printer təqdim olunub

“E Ink Holdings” şirkəti rəqəmli displeylərdə çoxdəfəli çap üçün “JustPrintIt” texnologiyasını

16/08/19
İlin ən yaxşı smartfonu məlum olub

Audio və videotexnika üzrə Avropa Jurnallar Assosiasiyası (European Imaging and Sound Association, EISA)