12px13px15px17px
Tarix:19/02/14

Yaponiya səfirliyi Azərbaycanda təqaüd proqramları elan edib

Yaponiya səfirliyi Yaponiyanın Təhsil, Mədəniyyət, İdman, Elm və Texnologiya Nazirliyinin (Monbukaqakuşo MEXT)  təqaüdləri üzrə elan verib.

Səfirlikdən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, seçim prosesi aşağıda göstərilən təqaüd proqramları üzrə aparılır:
  • Elmi tədqiqat aparan tələbələr üçün təqaüd proqramı (tədqiqatçı, magistr və doktorant dərəcələri), hazırda sənədlər qəbul olunmur. Sənədlərin qəbulu aprelin ayında elan olunacaq.
  • Bakalavr dərəcəsi üzrə təqaüd proqramı. Hazırda sənədlər qəbul olunmur. Sənədlərin qəbulu apreldə elan olunacaq.
  • Texnologiya kolleclərində təhsil almaq istəyən tələbələr üçün təqaüd proqramı. Hazırda sənədlər qəbul olunmur. Sənədlərin qəbulu apreldə  elan olunacaq.
  • *Yaponiyanın tədris ili aprel ayında başlayır və mart ayında bitir.
  • Yapon dili və yapon mədəniyyətini tədqiq edən tələbələr üçün təqaüd proqramı. Hazırda sənədlər qəbul olunur.
Yazılı imtahan martın 3-ü saat 14:30-da səfirlikdə aparılacaq. Yüksək bal toplayan şəxslər martın 5-i saat 14:00-da səfirlikdə aparılacaq müsahibəyə dəvət olunacaqlar. İddiaçılar səfirliyin rəsmi saytında "Müraciət üçün təlimatı" diqqətlə oxuduqdan sonra lazım olan sənədləri 28 fevrala kimi səfirliyə təqdim edə bilərlər.

Aynur Vəliyeva 



Baxış sayı: 779

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024