12px13px15px17px
Tarix:19/02/14

2013-cü ildə informasiya sızmasından şirkətlərə 25 milyard dollardan çox zərər dəyib

2013-cü ildə informasiya sızması nəticəsində şirkətlərə dəymiş ümumi zərərin həcmi 2012-c illə müqayisədə 25 faiz artaraq 25,11 milyard dollar olub.
 
“ICTnews” elektron xəbər xidməti “hitech.newsru.com” saytına istinadən bildirir ki, ötən il ərzində təşkilatlara dəymiş zərərin həcmi, həmçinin artaraq 31,23 milyon dollar olub. İnformasiya sızmasının coğrafi bölgüsü bütövlükdə 2012-ci ildə olduğu kimidir: insidentlərin təxminən 66 faizi ABŞ-ın payına düşüb. Başqa ölkələrdə informasiya sızıntısından ən çox Britaniya və kanadalılar zərər görüblər. Bundan başqa, Hindistan, Avstraliya, Almaniya və Yeni Zelandiyada onlarla belə hadisə baş verib.
 
“Zecurion” şirkətinin məlumatlarına əsasən, ötən il insidentlərin sahəvi profili nəzərəçarpacaq dərəcədə dəyişib. 2012-ci ildə daxili insidentlərin əksəriyyəti təhsil sahəsində baş vermişdisə, 2013-cü ildə təhsil müəssisələri, hətta üçlüyə düşməyiblər: onların payı 20,1%-dən 11,6%-dək azalıb. 2013-cü ildə üç sahə informasiya sızmasının həcminə görə ön sıradadır: pərakəndə ticarət (16,2%), səhiyyə təşkilatları (16%) və dövlət idarəsi (15,5%).
 
Ekspertlərin proqnozuna əsasən, 2014-cü ildə banklardan insayder informasiyasının ələ keçirilməsi artacaq.
 
Emil Hüseynov



Baxış sayı: 700

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024