12px13px15px17px
Tarix:20/02/14

Yerli provayder əhatə dairəsini genişləndirir

Artıq Suraxanı rayonu Hövsan qəsəbəsinin sakinləri də “Ailə NET” internet provayderinin xidmətlərindən yararlana biləcəklər. Hövsan qəsəbəsinin “Ailə NET” internet provayderinin əhatə dairəsinə daxil edilməsi ilə “Ailə” TV kabel televiziyasının əhatə dairəsində olan, demək olar ki, bütün ərazilər “Ailə NET” internet provayderinin də genişzolaqlı fiber-optik şəbəkəsi ilə əhatə olunub.
 
Qeyd etmək lazımdır ki, “Ailə NET” internet provayderinin xidmətlərinə qoşulan “Ailə” TV abunəçiləri üçün xüsusi endirimli tarif paketləri mövcuddur.
 
“Caspian Telecom” Mətbuat Xidmətindən bildirilib ki, görülən işlər nəticəsində, “Ailə NET” internet provayderinin əhatə dairəsinə daha əvvəl Bakı şəhərinin, Xətai, Nizami, Nərimanov, Suraxanı, Binəqədi, Nəsimi rayonları, Səbail rayonunun bir hissəsi və Sabunçu rayonu Bakıxanov qəsəbəsinin bir hissəsi, eləcə də Gəncə şəhəri, o cümlədən Yeni Gəncə qəsəbəsi də daxil edilib.
 
Qabaqcıl fiber-optik texnologiya əsasında kabel televiziyası və internet provayder xidmətləri təklif edən, “Ailə” TV və “Ailə NET” brendlərinin sahibi, “Caspian Telecom” MMC şirkəti əhatə dairəsinin genişləndirilməsilə barabər, təqdim olunan xidmət növlərinin də sayının artırılmasını və ən son, qabaqcıl texnologiyaların tətbiqini planlaşdırır, bu da göstərilən xidmət səviyyəsinin yüksəldilməsi ilə birgə şirkətin inkişafının prioritet istiqaməti hesab olunur.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 852

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024