12px13px15px17px
Tarix:20/02/14

Kompüter sistemi sosial şəbəkələrdə yalanı aşkar edəcək

Alimlərin hazırladığı yeni kompüter sistemi sosial şəbəkələrdəki postların həqiqətə uyğun olub-olmadığını yoxlayacaq. Rəqəmli yalan detektoru Yunan-Roma ilahəsi Faminin şərəfinə "Pheme" adlandırılıb.
 
"ICTnews" elektron xəbər xidməti "hitech.vesti.ru" saytına istinadən bildirir ki, layihənin üzərində Avropanın nüfuzlu alim və proqramçıları çalışır, onlar ona ümid edirlər ki, onların sistemi real zaman rejimində müxtəlif sosial media (ilk öncə Twitterə) ilə işləyə biləcək. Onların hesablamalarına görə, sözügedən sistem şayiə və provokasiyaların yayılmasının qarşısını almağa kömək edəcək.
 
Tərtibatçıların fikrincə, "Pheme" polis və hakimiyyət üçün daha faydalı olacaq. Onlar 2011-ci ildə Londonda baş vermiş hadisəni xatırlayıblar: "Twitter"də yayılmış şayiələrə görə, London zooparkından təhlükəli heyvanlar qaçıblar. Bu, şəhərdə böyük səs-küy yaratmışdı.
 
Məhsulun tərtibatçılarından biri Kalina Bontçeva deyib ki, sistem sosial şəbəkələrdəki postların məzmununun doğruluğunu dərhal müəyyənləşdirəcək. Bu, polisə, hakimiyyətə və qəzalı xidmətlərə kömək edəcək. "İnsanlar çox vaxt internetdə tapdıqları informasiyaya etibar edirlər. Kritik vəziyyətlərdə bu məlumatların dəqiqliyi son dərəcə vacibdir" –  o deyib.

Emil Hüseynov




Baxış sayı: 735

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024