12px13px15px17px
Tarix:17/08/11

Tezliklə “Windows” haqqında təsəvvürlər dəyişəcək

"Windows 8” əməliyyat sistemi “Windows” haqqında təsəvvürü dəyişdirəcək", - “Microsoft” bloqunda “Microsoft Windows” və “Windows Live” bölməsinin prezidenti Stiven Sinofskinin proqram təminatı istehsalçılarına ünvanlandığı birinci yazı belə sözlərlə başlanır. Sinofski bildirib ki, “Microsoft” şirkəti çalışır ki, yeni platforma “Windows 7” əməliyyat sisteminə uyğun yaradılan bütün proqram və aparat təminatını dəstəkləsin. Top-menecer, həmçinin əlavə edib ki, hazırda dünyada “Windows 7” əməliyyat sisteminin 400 milyondan çox lisenziyası satılıb.
Məlumat üçün qeyd edək ki, “Windows 8” əməliyyat sistemində ilk dəfə olaraq “ARM” arxitektura ilə olan prosessorlar dəstəklənəcək. Aparıcı yarımkeçirici istehsalçıları artıq bu istiqamət üzrə “Microsoft” şirkəti ilə əməkdaşlıq barədə məlumat verib. Ekranın ölçüsü, kəskinlik və daxili yaddaşın həcmi daxil olmaqla, aparat təminatı ilə bağlı parametrləri nəzərə almaqla, yaradıcılar “Windows 8” əməliyyat sisteminin maksimal dərəcədə elastik olacağına söz verib. “Windows 8” əməliyyat sisteminə həsr ediləcək ən böyük tədbir sentyabr ayında Kaliforniyada “Microsoft Build” konfransı olacaq. Məhz orda beta versiyasının elan ediləcəyi güman edilir.
“Microsoft”dan Endrü Lisin (Andrew Lees) fikrincə, şirkət 2015-2016-cı ildə “Windows”u indiki formatda çıxarmağı dayandıracaq. Həmin vaxtadək əhəmiyyətli texnologiya keçidi ediləcək, hansı ki, qurğunun tipindən asılı olmayan universal əməliyyat sistemləri erasının başlanğıcı qeyd ediləcək.


www.cnews.ru



Baxış sayı: 1341

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024