12px13px15px17px
Tarix:21/02/14

Argentina ilə Azərbaycan arasında İKT sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanlar var

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Argentina Respublikasının ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri Karlos Dante Riva ilə görüşüb. Son illər ölkələrimiz arasında ikitərəfli münasibətlərin uğurlu inkişafından söz açan nazir bir çox istiqamətlərdə, o cümlədən İKT sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu, qarşılıqlı fəaliyyətin genişləndirilməsi və daha da möhkəmləndirilməsi üçün əsaslı zəmin yarandığını vurğulayıb.
 
Azərbaycanın İKT sahəsində atdığı addımları yaxından izlədiyini deyən səfir Karlos Dante Riva ölkəsinin bu sektorda, xüsusən də kosmik sənaye və telekommunikasiya istiqamətləri üzrə  əməkdaşlıqda maraqlı olduğunu vurğulayaraq, artıq Argentinanın kosmik texnologiyalar üzrə ixtisaslaşan “İNVAP” şirkətinin qarşı tərəfə - “Azərkosmos” ASC-yə təkliflər göndərdiyini diqqətə çatdırıb. Ölkələrimiz arasında uğurlu, çoxşaxəli münasibətlərin inkişafında kosmik sənayenin də yer tutacağına ümidvar olduğunu deyən diplomat əməkdaşlığımızın genişləndirilməsində birgə layihələrin vacibliyini önə çəkərək, “Bakutel-2014” sərgi-konfransında iştirak edəcək Argentina şirkətlərinin seçim prosesinin aparıldığını bildirib.
 
Öz növbəsində nazir mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayaraq, səfirin ölkəmizdəki diplomatik fəaliyyəti dövründə tərəfdaşlıq əlaqələrimizin daha da gücləndiriləcəyinə ümidvar olduğunu bildirib.
 



Baxış sayı: 875

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024