12px13px15px17px
Tarix:24/02/14

Barselonada dünyanın iri mobil sənaye sərgisi işə başlayır

Bu gün Barselonada (İspaniya) dünyanın iri mobil "Mobile World Congress 2014" sənaye sərgisi və mobil rabitə rəhbərlərinin, satıcı və sahiblərinin konqresi rəsmən start götürür.   
 
Qarşıdakı il üçün mobil texnika istehsalçılarının işini ənənəvi olaraq stimullaşdıran tədbirdə 1500-dən çox şirkət və istehsalçı iştirak edir. Sərgidə mobil innovasiyalar, əyləncə, əlavələr, açıq mobil sistem və internet texnologiyalarının nümayiş olunması ilə yanaşı, bir sıra nəhəng korporasiya rəhbərlərinin çıxışları, habelə sahə üzrə seminarlar, forumlar və sessiyaların keçirilməsi  planlaşdırılır.     

 
"WMC" sərgisində mobil qurğular bazarının aparıcı oyunçularının, demək olar, hamısı öz yeni məhsullarını təqdim etməyə hazırlaşır. Bu ilin əsas istiqamətlərindən biri iriölçülü və geniş funksiyalı telefonların dəbdə olmasıdır. 

 
 



Baxış sayı: 358

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






31 May 2020

30 05 2020