12px13px15px17px
Tarix:24/02/14

Rezidenturaya qəbul imtahanlarının birinci mərhələsinə hazırlaşan namizədlər üçün onlayn sınaq imtahanı təşkil olunacaq

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası rezidenturaya  qəbul imtahanlarının birinci mərhələsinə hazırlaşan namizədlər üçün onlayn sınaq imtahanı keçirəcək.
 
Komissiyadan verilən məlumata görə, qəbul imtahanı ərəfəsində namizədlərə öz bilik səviyyələrini real qiymətləndirməyə imkan yaradan onlayn imtahanda suallar qəbul imtahanının birinci mərhələsi üzrə qəbul proqramı əsasında təqdim olunacaq. 
 
İmtahanda iştirak etmək istəyənlər TQDK-nın virtual ödəmə kartını əldə etməlidirlər. Bu ödəmə kartını internet ödəmə və ya bütün mobil operatorlardan 7735 nömrəsinə boş SMS göndərməklə əldə etmək olar. 
 
Sınaq imtahanına yazılışın fevralın 25-dən həyata keçirilməsi nəzərdə tutulur. Arzu edənlər komissiyanın internet saytının müvafiq səhifəsində (http://eservices.tqdk.gov.az/sinaq/ ) qeydiyyatdan keçərək onlayn rejimdə sınaq imtahanı verə biləcəklər.

CAHANGİR



Baxış sayı: 742

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Aprel 2024

22 04 2024