12px13px15px17px
Tarix:25/02/14

“Facebook” şəxsi elektron poçt xidmətindən imtina edir

“Facebook” sosial şəbəkəsi üç il bundan əvvəl “facebook.com” domenində istifadəyə verilmiş elektron poçt xidmətini bağlayır. E-mail xidməti tamamilə martın əvvəlində bağlanacaq, hələ ki “@facebook.com” ünvanına gələn bütün məktublar istifadəçinin qeydiyyat zamanı göstərilmiş başqa domendəki şəxsi qutusuna yönləndiriləcək.

“ICTnews” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, mətbuat xidmətindən bildirilib ki, poçt xidməti bağlanılır, çünki o, istifadəçilər arasında populyarlıq qazanmayıb. Xatırladaq ki, elektron poçt xidməti 2010-cu ilin noyabrında istifadəyə verilib.

Həmçinin qeyd etmək lazımdır ki, poçt xidmətinin bağlanması “WhatsApp” messencerinin satın alınmasından bir neçə gün sonra baş verib.

Emil Hüseynov
 
 



Baxış sayı: 663

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024