12px13px15px17px
Tarix:26/02/14

Bütün zərərli proqram təminatı “Android” platformasına hədəflənib

"Kasperski Laboratoriyası" antivirus şirkəti öz həmkarlarının tədqiqatlarını təsdiqləyib: "Android" platforması kiberhücumlar üçün ən populyar  mobil əməliyyat sistemidir. Mobil zərərli proqram təminatının 98 faizi məhz bu platforma üçün nəzərdə tutulub.

"ICTnews" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, kompüter təhlükəsizliyi sahəsində mütəxəssislər 2013-cü ildə smartfon və planşetlər üçün 143 mindən çox yeni virus modifikasiyası hesablayıb. Zərərli proqramların 98,05 faizi "Android", 1,55 faizi "J2ME", 0,27 faizi "Symbian" platforması üçün nəzərdə tutulub. "iOS" daxil olmaqla, başqa sistemlərin payı 0,13 faiz təşkil edib.

Antireytinqdə birinci yerdə Rusiya, sonrakı yerlərdə Hindistan, Vyetnam, Ukrayna və Böyük Britaniya yerləşib.

Emil Hüseynov
 
 
 



Baxış sayı: 685

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024