12px13px15px17px
Tarix:26/02/14

Cari ilin sonunadək Dubay taksiləri internetə pulsuz çıxışla təchiz ediləcək

Dubay sakinləri və turistlər şəhər taksilərində pulsuz internetdən istifadə edəcəklər. Bu barədə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “The National” nəşri Dubay Yol və Nəqliyyat İdarəsinin (RTA) nümayəndəsinə istinadən məlumat verib.

“Wi-Fi” şəbəkəsinə qoşulma xidməti artıq Dubayın 155 taksisində fəaliyyət göstərməyə başlayıb.
Bu təşəbbüs 2020-ci ildə keçiriləcək “EXPO” beynəlxalq sərgisinə hazırlıq çərçivəsində Dubayda tətbiq ediləcək digər yeniliklərlə yanaşı irəli sürülüb.

Bundan əvvəl 2014-cü ilin yayınadək Dubay taksilərində gediş haqqının ödənilməsi üçün kredit və debet kartlarından, eləcə də ictimai nəqliyyatda gediş kartından istifadə xidmətinin həyata keçiriləcəyi barədə məlumat verilib. Buna qədər şəhər nəqliyyatının xidmətləri üçün yalnız nağd ödənişlər qəbul edilib. 
  
Bundan başqa, ötən ildən Dubayın taksi parkına hibrid mühərriklərlə təchiz edilən avtomobillər daxil olmağa başlayıb. Cari ildə belə avtomobillərin sayı daha 50 ədəd artırılacaq, - "Digit www.digit.ru” yazır.



Baxış sayı: 831

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024