12px13px15px17px
Tarix:26/02/14

Milli domen zonasında qeydiyyatdan keçmiş domenlərin sayı 22 minə yaxınlaşıb

Azərbaycanın yuxarı səviyyəli milli domen zonasında (.az) qeydiyyatdan keçən domenlərin sayı artmağa davam edir.

“İCTnews” elektron xəbər xidməti “Whois.az” saytına istinadən xəbər verir ki, “.az” domen zonasında ilin əvvəlindən qeydiyyatdan keçmiş  domenlərin sayı 22 minə yaxınlaşıb.

Domenlərin böyük əksəriyyəti (20496) “.az” domeninin payına düşür. Həmçinin 838 ədəd “.com.az” domeni qeydiyyatdan keçib.

Sonrakı yerlər aşağıdakı kimidir:
  1. “.pro.az”      1
  2. “.name.az”            6
  3. “.biz.az”       16
  4. “.info.az”              41
  5. “.co.az”        54
  6. “.pp.az”       35
  7. “.int.az”       41
  8. “.net.az”      67
  9. “.org.az”      118
  10. “.edu.az”         186
“.mil.az”, “.sheki.az” “.samux.az”, “.zaqatala.az”, “.gence.az”, “ganja.az”, “.shamaxi.az” və “.imishli.az” zonalarının hər birində isə cəmi 1 domen adı qeydiyyatdan keçib.

Məlumat üçün bildirək ki, internetdə Adlar və Nömrələr üzrə Qeydiyyat Korporasiyası (Internet Corporation For Assigned Names and Numbers, ICANN) 1993-cü il avqustun 25-də “.az” domen zonasının Azərbaycan dövlətinə verilməsi haqqında qərar qəbul edib.

Emil Hüseynov
 
 



Baxış sayı: 1108

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024