12px13px15px17px
Tarix:26/02/14

İranlı uşaqlara ibadəti öyrədən robot yaradıb

“Fox News” nəşri yazır ki, İran sakini Əkbər Rezai uşaqlara ibadəti öyrətmək üçün “Veldan” robot humanoidini yaradıb. Varamin şəhərindən olan 27 yaşlı müəllim robot texnikası üzrə fərdi dərslərə gedib və məktəblilərin Quran kitabına marağının artması üçün əldə etdiyi biliklərdən istifadəyə qərar verib.

"Bir dəfə ailəvi görüşdə mən balaca qızın musiqi oxuyan və rəqs edə bilən kukla ilə oynadığını gördüm" – Rezai deyib. “O zaman mən dini məqsədlər üçün istifadəsi mümkün olan robotlar yaratmaq qərarına gəldim”.

“ICTnews” elektron xəbər xidməti “gazeta.ru” saytına istinadən bildirir ki, Rezai robotu öz evində Koreyanın “Robotis Bioloid” istehsalçısının dəsti əsasında hazırlayıb.

Emil Hüseynov
 




Baxış sayı: 1566

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024