12px13px15px17px
Tarix:28/02/14

Onlayn fırıldaqçılardan çoxpilləli müdafiə üçün yeni proqram yaradılıb


"Kasperski Laboratoriyası" "Mobile World Congress 2014" konfransı çərçivəsində internetdə maliyyə fırıldaqçılığının qarşısını almaq üçün yeni proqram təminatı təqdim edib.

"ICTnews" xəbər xidmətinin "www.astera.ru" saytına istinadən verdiyi məlumata əsasən, "Kaspersky Fraud Prevention" platforması elektron ödənişlərin, istifadə edilən qurğudan asılı olmayaraq, bütün tranzaksiya mərhələlərində çoxpilləli müdafiəsini təmin edir.
Platforma, istifadəçinin həyata keçirdiyi maliyyə əməliyyatlarının təhlükəsizliyini təmin edən  müştəri proqramlarına malikdir və həmçinin onlayn tranzaksiyaların mühafizəsi üçün xüsusi alətləri özündə ehtiva edir.
 
"B2B International" və "Kasperski Laboratoriyası"nın keçirdikləri araşdırmaların nəticəsinə görə, dünyada istifadəçilərin 98%-i onlayn-bankinq xidmətlərinə müraciət edirlər və ya internet dükanlarında mallar alırlar, onların 38%-i bunun üçün mobil qurğulardan istifadə edirlər.
 
Lakin onlayn ödənişlərin geniş əhatəsi elektron pulların oğurlanmasını cinayətkarlar üçün əlverişli biznesə çevirib.
 
Ötən il istifadəçilərin 62 faizi onlayn hesablara yönəldilmiş kiberhücumlarla qarşılaşıb. Təbii ki, bank və ödəniş sistemlərində mühafizə və müqavimət mexanizmləri nəzərdə tutulub, lakin onlayn ödənişlərin təhlükəsizliyinin təmin edilməsi mütəmadi təkmilləşmə tələb edir, çünki vaxt ötdükcə istifadə edilən texnika öz aktuallığını itirir.
 
Ənənəvi vasitələr - müvəqqəti parollar SMS üzrə əməliyyatları təsdiqləyir, tokenlər, birdəfəlik parolların generatorları - artıq maliyyə əməliyyatlarının etibarlığına zəmanət verə bilmirlər.
 
 "Gartner"in ekspertləri qeyd edirlər ki, "fırıldaqçılığa müqavimət metodlarında innovasiyaların tətbiqi əsas şərtdir, çünki cinayətkarlar mövcud mühafizə metodlarından yayınmağı bacarırlar".

Yeni "Kaspersky Fraud Prevention" platformasına müxtəlif qurğularda onlayn tranzaksiyaların mühafizəsi mexanizmi, ödənişlərin emalı zamanı fırıldaqçı əməliyyatların tanınması üçün server həlləri, şəxsi müdafiə həllərinin işlənməsi üçün alətlər, həmçinin əlavə servislər daxildir. Platformanın bütün hissələri müstəqil və kompleks şəkildə  işləyə bilir,  onlayn ödənişin həyata keçirildiyi bütün mərhələlərdə çoxpilləli mühafizəni təmin edir.

"Kaspersky Fraud Prevention" müştəri proqramları "Microsoft Windows" və "Mac OS X" əməliyyat sistemləri, kompüterlərdə, "Android" və "iOS" platformaları ilə idarə edilən mobil qurğularda işləyirlər.
 
Təşkilat şəxsi mobil əlavə hazırlamaq istəyirsə və ya mövcud olan proqramın təhlükəsizliyini təmin etmək istəyirsə, o, "Kasperski Laboratoriyası"nın əsasında işləyən "Kaspersky Fraud Prevention SDK"-nın alətlərindən istifadə etməlidir. Bu topluya mobil qurğu vasitəsilə ödənişlərin etibarlı mühafizəsi üçün tələb olunan bütün komponentləri daxildir.

Əməliyyatın legitimliyini qiymətləndirmək üçün "Kaspersky Clientless Engine" real vaxt rejimində sifariş gələn ödəniş və qurğu haqda müxtəlif məlumatları müqayisə edir və şübhəli anomaliyaları və kibertəhdid cəhdlərini aşkar edir.
 
Ziyanverici aktivlik haqda məlumat aldıqda şirkətin əməkdaşı tez reaksiya verərək oğurluğun qarşısını ala bilər.

"Kaspersky Fraud Prevention"ın imkanları təhsil və analitik servislərlə əlavə edilir və onların çərçivəsində "Kasperski Laboratoriyası" şirkətlərə maliyyə kibertəhdidləri və onlardan mühafizə üsulları haqda məlumatları artırmağa, həmçinin bu təhlükəsizliyin təmin edilməsi ilə bağlı eksklüziv imkanlar əldə etməyə kömək edir.
Bundan başqa, xüsusi servis maliyyə xarakteri daşıyan kiberinsidentlərin araşdırmasında da təşkilatlara kömək edəcək.

Aynur Vəliyeva



Baxış sayı: 777

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024