12px13px15px17px
Tarix:28/02/14

“ICANN” yeni domen qeydiyyata alıb

Qlobal domen ünvanlaşdırmasının əsas serverlərinin reyestrlərində Rusiyanın ilk kiril əlifbalı “.ДЕТИ” domeni haqda yazı dərc edilib.
 
“ICTnews” xəbər xidmətinin “www.therunet.com” saytına istinadən verdiyi məlumata əsasən, texniki nöqteyi-nəzərdən bu, domenin işləməyə başlaması deməkdir.
“.ДЕТИ” domeni “New gTLD” proqramı çərçivəsində yaradılan Rusiyanın yuxarı səviyyəli domenləri arasında ilk tətbiq edilən domendir. Növbəti mərhələdə “.МОСКВА”, “.MOSCOW”, “.РУС” və “.TATAR” domenlərinin qeydiyyatı gözlənilir. Bundan öncə artıq Rusiyanın “.САЙТ” və “.ОНЛАЙН” domenləri qeydiyyatdan keçib, lakin onların administratoru Rusiyanın deyil, İsveçrənin “Core Association” şirkətidir.
 
“.ДЕТИ” domeninin administratoru "Ağıllı İnternet" Fondudur. O, beynəlxalq “ICANN” qeydiyyatçısında qeydiyyatı üçün 2012-ci ilin aprel ayında müraciət edib. Domen üzərində iş Rabitə və Kütləvi Kommunikasiyalar Nazirliyinin, RU/РФ Milli domenlərinin  tənzimləmə mərkəzinin, Strateji Təşəbbüslər Agentliyinin və bir sıra digər təşkilatların  dəstəyi ilə aparılıb.
 
“.ДЕТИ” domeni – məqsədi Rusiyada uşaq internetinin və uşaqlar üçün sosial məsuliyyətli internet servislərinin inkişafı üçün nəzərdə tutulan sosial layihədir.
 
Aynur Vəliyeva
 



Baxış sayı: 874

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024