12px13px15px17px
Tarix:28/02/14

Dünyada hər ailənin payına “Wi-Fi” şəbəkəsini dəstəkləyən 7 qurğu düşür

"Strategy Analytics" şirkətinin qiymətləndirməsinə görə, 2013-cü ildə dünyada 1,9 milyard "Wi-Fi" şəbəkəsinə qoşula bilən qurğu buraxılıb ki, bu da bir il əvvəldən 19 faiz çoxdur. Hazırda "Wi-Fi" şəbəkəsini dəstəkləyən 4 milyard qurğudan istifadə edilir. Bu isə o deməkdir ki, dünyada hər ailənin payına yeddi belə qurğu düşür.  

Ötən il smartfon və planşetlər dünya "Wi-Fi" elektronikası bazarının 59 faizini tutub, mobil kompüterlərin payı 9 faizə bərabər olub. Liderliyini davam etdirən "802.11n" standartından 2013-cü ildə satışa çıxarılan "Wi-Fi" modullu qurğuların 84 faizində istifadə edilib.

Mütəxəssislərin fikrincə, "802.11ac" protokolu mobil qurğular arasında populyarlaşmaqda davam etdiyindən artıq 2015-ci ildə əsas istiqamət ola bilər.  

"Wi-Fi" rəqəmli audio və videokontentin distribüsiyasında ev daxilində əsas vasitədir, yeni "802.11ac" standartı isə şəbəkəyə qoşulan qurğuların sayını artırmaq niyyətində olan ev təsərrüfatları üçün zəruri texnologiya olacaq", - şirkət analitiki Devid Uotkins qeyd edib.

Tədqiqatçıların proqnozlarına görə, 2017-ci ilədək dünyada "Wi-Fi" şəbəkəsini dəstəkləyən qurğuların sayı 7 milyard təşkil edəcək. Onlar arasında rəqəmli kamera, simsiz akustik sistem, smart televizor və rəqəmli videomaqnitofonların (Digital Video Recorder, DVR) sayı artacaq, - "DailyComm www.dailycomm.ru" yazır.



Baxış sayı: 802

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024