12px13px15px17px
Tarix:03/03/14

Yerli internet provayder “Dial-Up” xidmətini göstərməkdən imtina edir

“Avirtel” şirkəti “Dial-Up” internet xidmətinin göstərilməsini martın 31-dən dayandırır.
 
“ICTnews”elektron xəbər xidmətinin məlumatına görə, şirkət bu barədə istifadəçiləri internet resursları vasitəsilə xəbərdar edib.
 
“Avirtel” istifadəçilərə Bakı və Xırdalan şəhəri ərazisində yerləşən internet kart satış nöqtələrindən əldə etdikləri “Dial-Up” kartları qeyd edilən tarixə qədər istifadə etməyi və yeni kart almaq niyyəti olduğu halda zamanı nəzərə almaq şərtilə əldə etməyi tövsiyə edir.
 
Şirkət internetdən yararlanmaq istəyənləri təqdim etdiyi genişzolaqlı sürətli ADSL xidmətindən istifadəyə dəvət edir.
 
CAHANGİR



Baxış sayı: 777

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024