12px13px15px17px
Tarix:03/03/14

"Outernet” layihəsi 2015-ci ildən Yer kürəsini pulsuz "Wi-Fi” ilə təchiz edəcək

2015-ci ildə ABŞ-ın “MDIF” (Media Development Investment Fund) təşkilatı internetə çıxış üçün “Outernet” adlı yeni dünya şəbəkəsinin yaradılmasına başlayacaq. Təşkilat yerətrafı orbitdə çoxlu miniatür “CubeSats” peykləri yerləşdirməklə bütün Yer kürəsini "Wi-Fi” şəbəkəsi ilə əhatə etməyi planlaşdırır.

“Outernet” mahiyyət etibarilə bütün planeti əhatə edən və qoşulma üçün parol tələb etməyən nəhəng “Wi-Fi” marşrutlayıcısının analoqudur. Şəbəkəyə “Wi-Fi” çıxışı olan istənilən qurğudan pulsuz qoşulmaq mümkün olacaq. “Outernet” yaradıcıları ümid edirlər ki, layihə işə salındıqdan sonra internet həqiqətən azad olacaq və şəbəkəyə Şimali Koreya (ölkədə internetə çıxış dövlət tərəfindən qadağan olunub) kimi totalitar rejimli ölkələrin sakinləri qoşula biləcəklər.
 
2015-ci ilin əvvəlində “MDIF” layihədə iştirak edən kosmik aparatların yığılmasına başlamağı nəzərdə tutur. Bunun üçün on və ya yüz milyonlarla dollar vəsait tələb olunur. Təşkilat bu vəsaitləri ianə şəklində toplamaq niyyətindədir. Təxminən 2015-ci ilin ortalarında proqram son mərhələyə qədəm qoymaqla bəşəriyyətə simsiz internetə pulsuz çıxışı təmin edəcək. Bununla yanaşı, rəsmi şəxslər qeyd ediblər ki, layihənin ilkin vaxtlarında internetə sərbəst çıxışdan yalnız müəyyən saytlar istifadə edə biləcək.   
 
Bir neçə ay bundan əvvəl “Google” şirkəti də oxşar təşəbbüslə çıxış edib. Hazırda məxfi “Google X” laboratoriyasında yeni “Project Loon” layihəsi üzərində iş gedir. Bu layihə yerüstü internetin əlverişsiz olduğu ərazilər üçün hava şarlarından internetə çıxışı nəzərdə tutur. Stratosferdə uçan hava şarları internetə “3G” səviyyəsində çıxışı təqdim edəcək.  
 
Hazırda “Google” Yeni Zelandiya ərazisində 30 şarın və Yerdən servisin sınağını həyata keçirən 50 stansiyanın daxil olduğu pilot layihəsini istifadəyə verib. Bu stansiyalar 20 km radiusda olan şarlardan çıxan siqnalı qəbul edən xüsusi antenalara malikdir, - “Ain www.ain.ua” yazır.  
 
 



Baxış sayı: 747

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024