12px13px15px17px
Tarix:03/03/14

“Bakı Ekspo Mərkəzi”ndə yeni texnologiyaların tətbiqi genişləndirilir


Bakı Ekspo Mərkəzində sərgi ziyarətçilərin qeydiyyatını asanlaşdırmaq məqsədilə hər il yeni texnologiyalardan istifadə edilir.
 
“Iteca Caspian” şirkətinin yaydığı məlumatda bildirilir ki, bu il təşkilatçılar sərginin daimi ziyarətçiləri üçün xüsusi servis hazırlayıblar. Belə ki, “Bakı Ekspo Mərkəzi”ndəki keçidlərin birində ziyarətçilər üçün (istifadəsi xüsusi plastik kartlarla mümkün olan) turniket quraşdırılacaq. Bir il ərzində etibarlı olan bu plastik kartlar təşkilatçılar tərəfindən daimi ziyarətçilərə və mötəbər qonaqlara təqdim ediləcək. Bu kartın sahibləri qeydiyyat prosesini keçmədən, sərgiyə birbaşa daxil ola biləcək və təşkilatçılar tərəfindən göstərilən əlavə xidmətlərdən, o cümlədən “VIP”-salonlar, biznes mərkəzləri, seminarlar və sərginin digər əlavə tədbirlərindən faydalana biləcəklər. Bundan əlavə, plastik kart sahibləri sərginin tərəfdaşları tərəfindən eksklüziv təkliflər alacaqlar.

Qeydiyyat prosesinin alternativi olaraq, sərgi ziyarətçilərinin hər biri üçün “Bakı Ekspo Mərkəzi”nin foyesində özünəxidmət terminalları da quraşdırılacaq. Bu terminal (operator xidmətinə ehtiyac olmadan) qeydiyyat prosesindən sərbəst şəkildə və tez keçməyə imkan yaradır. Bunun üçün ziyarətçidə döş nişanı (“bedc”) almaq məqsədilə bilavasitə terminala daxil edilən sərgi ziyarətçisinin bar-kodu olmalıdır. Bar-kod üstündə ad yazılmış dəvətnamədə və sərgi saytında onlayn qeydiyyat üçün nəzərdə tutulmuş elektron biletdə göstərilib.
 
 Qeyd etmək lazımdır ki, tezliklə mobil telefonlara proqram təminatını yükləməklə də elektron qeydiyyatdan keçmək mümkün olacaq.
 
 Bütün bu yeniliklər sayəsində ziyarətçilər öz vaxtlarından daha səmərəli şəkildə yararlanaraq, qeydiyyat növbəsində vaxt itirməyəcəklər. Bundan əlavə, qabaqcadan qeydiyyat iştirakçıların siyahısını, sərgilərlə bağlı məlumatları və sərgini müşayiət edən işgüzar tədbirlərin təqvimini əldə etməyə imkan verir.

CAHANGİR



Baxış sayı: 762

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024