12px13px15px17px
Tarix:04/03/14

“IBM”-in əməkdaşlarının sayı 10 ildə ilk dəfə azalıb

“International Business Machines” (IBM) korporasiyası 10 ildə ilk dəfə əməkdaşlarının sayının azalmasını qeydə alıb.
 
Şirkətin məlumatına əsasən, 2013-cü ilin sonunda 431212 işçi qeydə alınıb ki, bu da  2012-ci illə müqayisədə 0.7% azdır.
 
“ICTnews” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, sonuncu dəfə “IBM”-də ixtisarlar 2002-ci ildə olub: o zaman  əməkdaşların sayı bir ildə 1,2% azalıb.
 
Hesablama xidmətləri bazarında lider olan “IBM” korporasiyası qarşıya qoyulmuş hədəfə (2015-ci ilədək düzəliş edilmiş gəliri 20 ABŞ dollarına çatdırmaq) nail olmaq üçün xərcləri azaltmağa çalışır.
 
Planı yerinə yetirmək üçün “IBM”-in direktoru Cinni Rometti əməkdaşlarını ixtisar edir və onları ödənişsiz məzuniyyətə göndərir, aktivləri satır, vergi dərəcəsini aşağı salır və şirkətin səhmlərini satın alır.
 
2013-cü ildə “IBM” şirkəti kadr heyətindəki islahatlara 1 milyard dollar  xərcləyib.
 
Emil Hüseynov
 



Baxış sayı: 354

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 May 2020

24 05 2020