12px13px15px17px
Tarix:04/03/14

“Samsung Chromebook 2” noutbuklarının rəsmi təqdimatı olub


“Samsung Electronics” şirkətinin ABŞ ofisi “Chromebook 2 Series” istehsal xətti çərçivəsində noutbukların rəsmi təqdimatını keçirib. Bura səkkiznüvəli prosessor və “Chrome OS” əməliyyat sisteminin idarəetməsi ilə işləyən iki model daxildir.

“Chromebook 2” kiçik modeli 1366 х 768 piksel təsvir ölçülü 11,6 düym diaqonallı displey, 1,9 QHs takt tezlikli “Samsung Exynos 5 Octa” çipi ilə təchiz edilib. Nisbətən böyükölçülü noutbuk modeli 1920 х 1080 piksel təsvir ölçülü 13,3 düym diaqonallı ekrana və 2,1 QHs takt tezlikli prosessora malikdir. Qurğuların avtonom rejimdə iş vaxtı müvafiq olaraq 8 və 8,5 saata bərabərdir.

“Samsung Chromebook 2" konfiqurasiyasına 4 Qbayt operativ yaddaş və 16 Qbayt daxili yaddaş, “HDMI” və “USB 2.0/3.0” çıxışları, "microSD” fləş-kartı üçün slot, hər birinin gücü 2 Vt təşkil edən iki dinamika və “HD” formatlı videonun yazılması imkanı ilə veb-kamera daxildir.
11,6 düymlü versiyanın çəkisi 1,1 kq, ölçüsü 290 х 205 х 16,8 mm təşkil edir. Böyük modelin 323 х 224 х 16,5 kütlə ilə çəkisi 1,4 kq-a bərabərdir.  

Noutbukların satışlarına apreldə başlanacaq. 11,6 düym ekrana malik modelin qiyməti 320 dollar olacaq ki, bu da 13,3 düymlü modellə müqayisədə 80 dollar azdır, - "3DNews www.3dnews.ru” yazır. 
 



Baxış sayı: 707

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024