12px13px15px17px
Tarix:04/03/14

“Facebook” pilotsuz təyyarələrin köməyi ilə Afrikanı internetlə təmin edəcək

“Facebook” pilotsuz təyyarələrin köməyi ilə Afrikaya internet gətirmək istəyir. “TechCrunch” yazır ki, sosial şəbəkə artıq dronların istehsalı üzrə ixtisaslaşmış “Titan Aerospace” şirkətini satın almaq üçün danışıqlar aparır.

“ICTnews” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, saziş haqqında informasiyaya malik anonim mənbənin məlumatına görə, razılaşmanın dəyəri 60 milyon dollar təşkil edə bilər.
Razılaşmanın şərtlərinə görə, şirkət “Facebook” üçün ən azı 11 min  “Solara 60” modeli pilotsuz təyyarəsi hazırlayacaq. Sözügedən dronlar günəş enerjisi ilə işləyir və 5 ilədək havada qala bilir.

“TechCrunch” yazır ki, “Facebook” şirkəti “Internet.org” layihəsi çərçivəsində “Titan Aerospace” texnologiyalarından istifadəni planlaşdırır. “Internet.org” fondu 2013-cü ilin avqustunda Mark Zukerberq tərəfindən istifadəyə verilib. Fondun məqsədi 5 milyard insanın (əsas da kasıb Afrika ölkələrinin əhalisini) internetə çıxışını təmin etməkdir.

Emil Hüseynov
 
 



Baxış sayı: 813

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024