12px13px15px17px
Tarix:04/03/14

Martın 1-nə olan vəziyyətə görə, internetdə 919,5 milyon sayt işləyib

Cari ilin martında internetdə 919 533 715 sayt işləyib ki, bu da bir ay əvvəldən 500 min sayt azdır. Bu barədə “Netcraft” internet monitorinqi şirkətinin məlumatında deyilir.

“Apache” veb-serveri martda təxminən yarımillik mənfi dinamikadan sonra istifadəçi bazasının sayını bərpa edib. Bunun fonunda “Microsoft IIS” veb-serveri stabil artım nümayiş etdirib və yarım il ərzində “Apache” və “Microsoft IIS” arasında bazar fərqi cəmi 5,4 faiz olub. Hazırda isə “Apache” yenidən “Microsoft IIS”-dan uzaqlaşmağa başlayıb. Son ayın yekunları üzrə "Microsoft IIS” 15,6 milyon sayt itirdiyi halda “Apache” bazasını 3,2 milyon sayt artırıb. “Apache”nin ümumi bazar payı 38,6 faizədək artıb ki, bu da “Microsoft”un göstəricisindən 7,5 faiz çoxdur.

“Microsoft”un itkilərinin xeyli hissəsi “Nobis Tecvhnology Group” internet provayderinin linklərin hostinqini təxminən 30 milyon hostinq azaltması ilə izah edilir. Məlumat üçün bildirək ki, “Nobis” “DarkStar” kommunikasiya şəbəkəsi və ABŞ-da 7 məlumat emalı mərkəzinə malik "Ubiquity Hosting” şirkətinə sahib özəl şirkətdir.
 
“Nginx” veb-serveri xidmət göstərdiyi saytların bazasını 5 milyon artıraraq payını 15,6 faizə çatdırıb. “Netcraft” şirkətinin nümayəndələri bildiriblər ki, son “Nginx 1.5.10” stabil versiyası bir məlumat axını daxilində müxtəlif sessiyalara xidmət göstərmək imkanına malik “SPDY 3.1” internet protokolunu dəstəkləyir ki, bu da praktikada istifadəçi qoşulmalarına xidmət zamanı sürəti xeyli artırmağa imkan verir. Hesabat ayında nəhəng “CDN” operatoru texniki qurğularını “SDPY 3.1” protokolunun dəstəklənməsinə keçirib və “Nginx”in dəstəklənməsini tətbiq edib. Bundan başqa, “LibreOffice” ofis proqram təminatı layihəsinin tərtibatçıları da bütün veb-serverlərini “Apache” serverindən “Nginx” serverinə keçirib, - "Cybersecurity www.cybersecurity.ru” yazır.   
 



Baxış sayı: 718

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024