12px13px15px17px
Tarix:04/03/14

“Microsoft” saytlara otağın divarlarında baxmağı təklif edib


"Microsoft" şirkətinin tədqiqat bölməsi "Microsoft Research" "SurroundWeb" "3D brauzeri"ni təqdim edib. O, internet saytlardakı məzmunu otaqdakı düz səthlərdə (məsələn, şkaf və ya divar) göstərməyə icazə verir.

"ICTnews" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, təsvir proyektorun köməyi ilə göstərilir, otağın ölçüsü isə "Xbox" oyun konsolundakı "Kinect" sensorunun köməyi ilə həyata keçirilir.
"SurroundWeb" otaqdakı obyektlərdə yalnız saytlar deyil, həm də onların ayrıca elementləri göstərilə bilər. Məsələn, istifadəçi televizorda idman yarışına baxırsa, divarda yarış cədvəli göstərilə bilər.

Otaqdakı obyektlərin (25-dək) bir neçəsi "ekran" rolunda çıxış edə bilər. Təsvir saniyədə 25 kadr sürətlə yenilənir və bir "ekran"ın maksimal təsvir ölçüsü 1440x720 nöqtə təşkil edir.

"3D-brauzer"i idarə etmək üçün "təbii istifadəçi interfeysi" istifadə olunur: məsələn, əmrlər səs vasitəsilə verilə bilər.

 Emil Hüseynov



Baxış sayı: 372

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






08 Dekabr 2019

07 12 2019

07/12/19
Ənənəvi nəqliyyat vasitələrinin alternativi hazırlanıb

“Manyone” şirkəti ənənəvi nəqliyyat vasitələrinin unikal alternativini hazırlayıb. Belə ki, özündə təyyar

07/12/19
“5G” dəstəkli “Xiaomi” smartfonları iki rejimdə işləyəcək

“Xiaomi” həmtəsisçisi və prezidenti Lin Bin şirkətin beşinci nəsil mobil rabitə şəbəkəsini (5G) dəstəkləy

07/12/19
“Harmony OS” ən populyar əməliyyat sistemləri beşliyinə daxil olacaq

“Huawei” şirkətinin inkişaf etdirdiyi “Harmony OS” 2020-ci ilin sonunda ən populyar əməliyyat sistemləri