12px13px15px17px
Tarix:05/03/14

Alimlər kosmosdan enerji almağı təklif ediblər

Harvard Universitetinin fizikləri elektrik enerjisini Yer kürəsinin istiliyini kosmosa infraqırmızı şüalandırma ilə əldə etməyi təklif ediblər. “Proceedings of the National Academy of Sciences” məqaləsində alimlər bu üsulla əldə olunacaq enerjinin həcmini hesablayaraq onu toplaya biləcək iki növ qurğu təklif ediblər.   
 
Fiziklərin təklif etdikləri intuitivliyin əksi olan üsul termodinamika qanunlarına ziddiyyət təşkil etmir. Enerji qanuna  uyğun olaraq Yerdə isidilmiş cisim və soyuq kosmos arasında olan temperatur fərqi sayəsində toplanır. Məqalədə bu enerjini toplamaq üçün iki yanaşma təsvir edilib.
 
Birinci üsul iki hissəsi müxtəlif temperatura malik qurğunun yaradılmasına əsaslanır. Temperatur fərqi ilə elektrik enerjisini əldə etmək bir o qədər də çətinlik törətmir. Bunun üçün hamıya məlum termoelektrik generatorlar mövcuddur. Alimlərin əsas ideyası qurğunun soyuq hissəsinin temperaturunu kosmosa infraqırmızı şüalandırma ilə azaltmaqdan ibarətdir. Fiziklərin hesablamalarına görə, bu üsulla bir kvadratmetr sahə üçün bir neçə vatt enerji əldə etmək mümkündür.
 
İkinci üsul istilik səsinin diod elektrik zəncirində və müqavimətində istifadəsinə əsaslanır. Diodun temperaturu (onun içindən cərəyan yalnız bir tərəfə hərəkət edir) müqavimət temperaturundan yüksək olduqda, zəncirdə gərginliyin yaranmasına səbəb olur. Bu gərginlikdən istifadə etmək üçün müqavimət kosmosa infraqırmızı dalğaları şüalandıran effektiv antena rolunda çıxış etməlidir.
 
Alimlər bu prinsiplər əsasında yaradılan generatorları paneldə yığılmış çoxsaylı mikroskopik diod-rezistor zəncirləri kimi qəbul edirlər.
 
Enerjinin hasil edilməsi üçün hər iki üsulu alimlər günəş batareyaları ilə kombinasiyada istifadə etməyi təklif edirlər. Mütəxəssislərin sözlərinə görə, bu, panellərin gecə əks-rejimə - şüalandırıcı rejimə keçməsi səbəbindən onların effektivliyini artıracaq. Lakin alimlər günəş batareyalarını belə funksiya ilə təchiz etməyin çətinliyi və bunun iqtisadi baxımdan sərfəli olması barədə məlumat vermirlər, - "Lenta www.lenta.ru” yazır.
 



Baxış sayı: 906

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024