12px13px15px17px
Tarix:05/03/14

Yüksək Texnologiyalar Parkında “technimum.com” resursunun təqdimatı keçirildi

İnformasiya-kommunikasiya texnologiyaları sahəsi üzrə Azərbaycanda fəaliyyət göstərən “technimum.com” informasiya portalının təqdimatı keçirilib. Yüksək Texnologiyalar Parkında baş tutan tədbirdə bir sıra dövlət qurumlarının, özəl şirkətlərin nümayəndələri, İKT ekspertləri iştirak ediblər.
 
Azərbaycanın ilk mobil biznes portalı olan "MoBiz" (mobil biznes) və "Weboxu" (İT) layihələrinin birləşməsi nəticəsində yaranan “technimum.com” kollektivi əsas məqsəd və fəaliyyət prioritetlərini açıqlayıblar.
 
Saytın həmtəsisçisi və ideya müəlliflərindən biri olan Məmməd Kərimov  bildirib ki, sözügedən resursun yaradılmasında əsas ideya İKT sahəsində minimumdan maksimum səviyyəyə gedən yolda bu sahə üçün nəzərdə tutulan ən yüksək səviyyəni -  "technimum" səviyyəsini meydana çıxartmaqdır.
 
Saytın digər həmtəsisçisi və analitik məzmun tərtibatçısı Şaiq Muradov isə layihə ilə bağlı danışarkən bildirib ki, güclərimizi birləşdirərək həm daha geniş oxucu auditoriyasına xitab edəcəyik, həm də saytı daha mükəmməl bir resurs halına gətirəcəyik: “Technimum.com”da “mobiz.az” və “weboxu.com” saytlarının bütün məlumat arxivləri toplanılıb, birləşmə nəticəsində məlumat itkisinə yol verməməyə xüsusi səy göstərmişik".
 
 “Technimum.com” portalının redaktoru Ellada Mustafayeva bildirib ki, İKT sahəsi ilə bağlı ən maraqlı məlumatları, təhlilləri, beynəlxalq və yerli tədbirlərdə aktiv təmsilçilik əsas məqsədlərə daxildir: "Düşünürük ki, bu birlik həm bizim üçün, həm oxucularımız üçün faydalı olacaq. Çünki bu layihədə hər iki resursun ən güclü tərəfləri əks olunacaq. Bu baxımdan Azərbaycanda İKT sahəsi üçün çox uğurlu işlərə və layihələrə imza atmağı hədəfləyirik. Bu birlik bizə həm də qlobal səviyyədə inkişaf etmək üçün perspektivlər vəd edir. Ümidvarıq ki, sahənin inkişafı üçün hədəflədiyimiz “texnimum” səviyyəni fəaliyyətimizlə nümayiş etdirə biləcəyik".
 
Daha sonra çıxış edən Yüksək Texnologiyalar Parkının nümayəndəsi Ülvi Aslanov “technimum.com” kollektivini təbrik edərək, təmsil etdiyi qurumun bu resursla olan və gələcəkdə də davamı nəzərdə tutulan əməkdaşlığından söhbət açıb. O bildirib ki, bu tədbir Yüksək Texnologiyalar Parkında reallaşdırılan ilk belə tədbirdir.
 
Bundan sonra isə tədbir iştirakçıları Yüksək Texnologiyalar Parkı ilə yaxından tanış olublar.
 
Seymur
 



Baxış sayı: 1199

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024