12px13px15px17px
Tarix:07/03/14

Planetin ilk qadın proqramçısı

Avqust Ada Kinq kompüter texnikası tarixinə öz adını ilk qadın-proqramçı kimi yazdırmışdır. O, kompüterin bir çox tətbiqi məsələlərin həlli üçün çoxfunksiyalı alət rolunu oynaya biləcəyini qabaqcadan proqnozlaşdırmışdı.

“ICTnews” elektron xəbər xidməti “ict.az” saytına istinadən bildirir ki, Ada Avqust Bayron-Kinq dünyada ilk proqramçı kimi tanınır. Tanınmış ingilis şairi Lord Bayronun qızı Ada Kinq 1842-ci ildə ixtiraçı Çarlz Bebbicin hazırladığı layihə əsasında hesablama maşınının təsvirini verməklə ilk proqramı yaratmış və bununla tarixə düşmüşdür. Məhz o, proqram təminatı tarixində ilk dəfə proqramlaşdırmanın əsas anlayışlarını təqdim etmişdir. Bundan başqa hesablama texnikasından praktiki istifadənin mümkün istiqamətlərini – musiqi əsərlərinin yazılması, mürəkkəb qrafiki obyektlərin qurulması və hətta kompüter oyunlarını proqnozlaşdırmışdır.

1976-cı ildə ABŞ-ın Müdafiə Nazirliyi Amerika Silahlı Qüvvələrinin vahid proqramlaşdırma dilinin adını rəsmi olaraq təsdiq etmişdir. Planetin ilk qadın proqramçısının şərəfinə proqramlaşdırma dili "ADA" adlandırılmışdır.

Ada Bayron 1852-ci il noyabrın 27-də Londonda dünyasını dəyişmişdir.

Emil Hüseynov



Baxış sayı: 669

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024