12px13px15px17px
Tarix:11/03/14

Snouden üçün smartfon

ABŞ-ın “FreedomPop” provayderinin “Privacy Phone” və ya "Snoudenfon" smartfonu istifadəçilərin SMS mesajlarını və zənglərini şifrləyə və onların məxfiliyini qorumaq üçün məlumatları VPN vasitəsilə ötürə bilir. Ekspertlər hesab edirlər ki, fərdi məlumatların mühafizəsi aktual trend sayılır, lakin xüsusi xidmət orqanları ilə qarşılaşdıqda bu həllərin nə dərəcədə effektiv olacağı sual altındadır.

ABŞ-ın “FreedomPop” provayderi istifadəçilərin məxfiliyini qorumaq üçün “Privacy Phone” və ya onun yaradıcılarının səsləndirdiyi kimi, "Snoudenfon" telefonunu istehsal ediblər. Şirkət iddia edir ki, bu, şifrlənmiş rabitə kanalları vasitəsilə ünsiyyət saxlamağa icazə verən yeganə smartfondur.
“Privacy Phone” smartfonunda ötürülən səsli və mətn mesajlarına 128 bitlik şifrləmə tətbiq edilir və bütün tətbiqlər və internet məlumatları şifrlənmiş virtual şəxsi şəbəkə (VPN) vasitəsilə ötürüləcək. Bundan başqa bildirilib ki, cihazın sahibi istənilən vaxt telefonun nömrəsini dəyişdirə biləcək və VPN sayəsində smartfon saytlara daxil olmaq məhdudiyyətini aradan qaldıra bilər.

Smartfonun iç proqram təminatının mobil əməliyyat sistemləri arasında ən zəif hesab edilən “Android” platformasına əsaslanmasına baxmayaraq, “FreedomPop”dan bildirilib ki, сihaz virus və başqa zərərli  proqramlardan qorunub.

"Edvard Snoudenin ifşa etmələri ilə əlaqədar fərdi məlumatların mühafizəsi bir çox amerikalılar üçün daha mühüm əhəmiyyət kəsb etməyə başlayıb. Hər birimizin anonim kommunikasiyalardan istifadə etmək hüququ var – “FreedomPop” şirkətinin əməliyyat direktoru Stiven Sezar deyib. Böyük operatorlar çox vaxt məxfiliyin qorunmasına investisiya yatırmırlar. Bu cür yanaşma bizi qane etmir, buna görə  əlçatan qiymət üzrə doğrudan da məxfi mobil xidmət yaratmaq qərarına gəldik".
 

Alıcı “Privacy Phone” telefonunu 189 dollara satın almaqla 3 aylıq limitsiz telefon danışığı və SMS, həmçinin 500 MB. Üç aydan sonra xidmətin haqqı aylıq 10 dollar təşkil edir.

Ötən il Edvard Snouden ABŞ xüsusi xidmət orqanlarının internet istifadəçilərini izləməsi və mobil zəngləri dinləməsi ilə bağlı məlumatları elan etdikdən sonra fərdi məlumatların mühafizəsinə diqqət olduqca artıb.

Bu tendensiya bir çox sahələrdə müşahidə olunur. Məsələn, kukilərdən istifadə etməyən, istifadəçilərin IP ünvanları haqqında məlumatları özündə saxlamayan, qeydiyyatdan keçməyi tələb etməyən və başlanğıc ayar kimi şifrlənmiş əlaqədən istifadə edən “DuckDuckGo” axtarış sistemi sürətlə populyarlaşır.

Emil Hüseynov



Baxış sayı: 432

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






30 Mart 2020

29 03 2020

29/03/20
“Windows”un bütün versiyalarında boşluq aşkar edilib

“Microsoft”un nümayəndəsi deyib ki, hakerlər “Windows”un bütün dəstəklənən versiyalarında əvvəllər

29/03/20
“6G” mobil şəbəkələrinin tətbiq olunma müddəti məlum olub

Dünyada beşinci nəsil (5G) mobil şəbəkələrinin tətbiqinə başlanılıb. Eyni zamanda bir sıra texnologiya nə

29/03/20
“5G” dəstəkli ən ucuz smartfon təqdim edilib

“Xiaomi” şirkəti beşinci nəsil mobil rabitə şəbəkəsinə (5G) qoşulmaq imkanına malik “Mi 10 Lite” adlı ən

29/03/20
Yanğınsöndürən dron hazırlanıb

Çinin “QilingUAV” şirkəti “JS260” adlı yanğınsöndürən dron hazırlayıb. Bu dronun ucqar rayonlarda meşə

29/03/20
“Facebook” və “Instagram” Avropada videonun keyfiyyətini azaldıb

“Facebook” və “Instagram” şirkətləri kompüter şəbəkələrinin yükünün azaldılması məqsədilə Avropada v

29/03/20
“Samsung” və “LG” zavodları bağlanır

Cənubi Koreyanın “Samsung” və “LG” elektronika istehsalçıları yeni növ koronavirus (COVID-19)

29/03/20
Koronavirus mövzusu kiberhücumlar üçün aktiv istifadə edilir

Yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılmasının izlənilməsi üçün bir sıra mobil və onlayn əla

29/03/20
Köhnəlmiş “iPhone” qurğuları üçün yeniləmə təqdim edilib

“Apple” korporasiyası köhnəlmiş smartfon və planşetlər üçün yeniləmə çıxarıb.

29/03/20
“Xiaomi” şirkəti yeni smartfonlarını təqdim edib

“Xiaomi”nin törəmə brendi olan “Redmi” yeni smartfonlarını təqdim edib. “K30 Pro” seriyasına məxsus apa