12px13px15px17px
Tarix:17/08/11

Veb-səyyahlarının təhlükəsizliyi araşdırılıb

“NSS Labs” şirkəti istifadəçilərin sosial “injenerinq” (mühəndislik) metodlarına əsaslanan şəbəkə hücumlarının müdafiəsi sahəsində müasir səyyahların effektivliyini qiymətləndirib. Tədqiqat gedişində “Apple Safari 5”, “Google Chrome 12”, “Microsoft İnternet Explorer 9”, “Mozilla Firefox 4” və “Opera 11” veb-səyyahlarının təhlükəsizliyi araşdırılıb. Məlum olub ki, “İnternet Explorer 9” səyyahında reallaşdırılmış yeni müdafiə texnologiyaları ona 99,2% potensial təhlükəni bloklamağa imkan yaradıb. Bu göstərici ilə “Microsoft” şirkətinin səyyahı “NSS Labs” reytinqində birinci olub. Sonrakı nəticələr isə belədir: “Google Chrome 12” (13.2%), “Firefox 4” və “Safari 5” (7.6%) və “Opera 11” (6.1%).


net.compulenta.ru



Baxış sayı: 1249

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024