12px13px15px17px
Tarix:12/03/14

Azərbaycanda elektron pərakəndə ticarət dövriyyəsinin həcmi 34,5 faiz artıb

Azərbaycanda bu ilin ilk iki ayında elektron pərakəndə ticarət dövriyyəsinin həcmi ötən ilin yanvar-fevral aylarına nisbətən 34,5 faiz artaraq 452,5 min manat təşkil edib.
 
Dövlət Statistika Komitəsindən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, əhali onlayn rejimi vasitəsilə sifariş verdikləri istehlak mallarının 82,2 faizini hüquqi, 17,8 faizini fiziki şəxslərin ticarət şəbəkələrindən alıb. Elektron ticarət dövriyyəsinin 91,7 faizini qeyri-ərzaq malları təşkil edib. 
 
Ümumilikdə 2014-cü ilin yanvar-fevral aylarında istehlak olunması məqsədilə pərakəndə ticarət subyektlərində istehlakçılara 3,2 milyard manatlıq və ya 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 9 faiz çox əmtəə satılıb. İstehlak mallarının 1,7 milyard manatını qida məhsulları, içkilər və tütün məmulatları, 1,5 milyard manatını qeyri-ərzaq malları təşkil edib, qeyri-ərzaq məhsullarının xüsusi çəkisi 4,5 faiz artıb.
 
Aynur Vəliyeva 



Baxış sayı: 715

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Aprel 2024

22 04 2024