12px13px15px17px
Tarix:12/03/14

“Azərbaycanda elektron kənd təsərrüfatına dəstək” layihəsinin təqdimatı keçirilib

Martın 12-də Bakıda “Azərbaycanda elektron kənd təsərrüfatına dəstək” layihəsinin təqdimatı olub.
“ICTnews” elektron xəbər xidmətinin xəbərinə görə, bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.
Təqdimatda Kənd Təsərrüfatı və İqtisadiyyat və Sənaye nazirliklərinin nümayəndələri, bir sıra hökumət qurumlarının təmsilçiləri, xarici mütəxəssislər iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycan kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev ölkəmizdə kənd təsərrüfatının inkişafından, dövlət tərəfindən bu sahəyə göstərilən diqqət və qayğıdan, layihənin vacibliyindən bəhs edib. Nazir müavini həmçinin, Azərbaycan Respublikası Prezidentinin “Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” 16 yanvar 2014-cü il tarixli Sərəncamının əhəmiyyətindən, ərzaq təhlükəsizliyi, subsidiyaların verilməsi və digər məsələlər barədə danışıb.

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin Əməliyyat Bölməsinin rəhbəri FederikoBerna, layihənin qrup rəhbəri SalvatoreKarfi çıxış edərək “Azərbaycanda elektron kənd təsərrüfatına dəstək” layihəsi barədə ətraflı məlumat verib, bunun həyata keçirilməsininvacibliyindən və əhəmiyyətindən danışıb, bu sahənin inkişafına töhfə verəcəklərini söyləyiblər.

Təqdimatda vurğulanıb ki, Azərbaycanda elektron kənd təsərrüfatı sisteminin yaradılması vacib məsələlərdən biridir. Avropa İttifaqının dəstəyi ilə ölkəmizdə bu istiqamətdə bir sıra işlər görülüb. Bu ilin yanvar ayından ilkin hazırlıq işləri həyata keçirilib, müvafiq təhlillər aparılıb. Məqsəd subsidiyaların həyata keçirilmə mexanizmini, heyvanların identifikasiyası və torpaqların qeydiyyatı sistemlərini birləşdirərək bu istiqamətdə görüləcək bütün işləri elektronlaşdırmaq və vahid bir mərkəzdən idarə etməkdir. Bu da ölkə əhalisinin kənd təsərrüfatı məhsullarına olan tələbatının yerli istehsal hesabına tam ödənilməsinə imkan verəcək. Yaxın vaxtlarda bu layihənin həyata keçirilməsinə başlanacaq.

Tədbirdə layihədə planlaşdırılan işlər geniş müzakirə edilib.

CAHANGİR




Baxış sayı: 729

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024