12px13px15px17px
Tarix:13/03/14

“WhatsApp” messencerində mesajlar arxivi asanlıqla hakerlər tərəfindən ələ keçirilə bilər

Populyar “WhatsApp” messencerində növbəti ciddi boşluq aşkar edilib. Bu dəfə 100 milyonlarla insanın istifadə etdiyi tətbiqin təhlükəsizlik  sistemindəki boşluğu şəbəkə təhlükəsizliyi üzrə hollandiyalı mütəxəssis Bas Bosskert aşkar edib.

Belə ki, “WhatsApp” smartfonun yaddaş kartında istifadəçinin mesajlar arxivini yaradır və onları kənar tətbiqə bir neçə sətir zərərli kod əlavə etməklə asanlıqla ələ keçirmək mümkündür.

“ICTnews” elektron xəbər xidməti “pitbit.ru” saytına istinadən bildirir ki, messencer tərtibatçıları artıq problemdən xəbərdardırlar və yaxın gələcəkdə problemi aradan qaldıracaqlar. Hələ ki messencer istifadəçilərinə öz smartfonlarına müxtəlif yeni tətbiqlərin quraşdırılması zamanı ehtiyatlı olmaq tövsiyə edilir.

Emil Hüseynov
 
 
 



Baxış sayı: 1204

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024