12px13px15px17px
Tarix:13/03/14

ABŞ-da internetin sürəti zəyifləyib

ABŞ - interneti kəşf edən ölkə internetə orta çıxış sürətinə görə reytinqdə mövqeyini itirməkdə davam edir. "Ookla Speedtest" xidmətinin son hesabatında ABŞ dünyada 33-cü yerə enərək sürətə görə hətta Macarıstan, Slovakiya və İsraildən geri qalıb.

Vəziyyətin pis olması ABŞ-ın internetə çıxış bazarının xüsusiyyətləri ilə izah edilir. Məsələ ondadır ki, bir necə nəhəng telekommunikasiya şirkəti ərazi bölgüsü ilə bağlı razılığa gəlib. "Comcast" və "Time Warner Cable" şirkətləri faktiki olaraq fəaliyyət göstərdikləri ərazilərdə inhisarçılığı əllərində saxlayır.
İstisnalığı yalnız "Google Fiber" servisinin fəaliyyətə başladığı şəhərlər təşkil edir. Belə ki, orada rəqabət vüsət alır və qiymətlər aşağı düşür.

Problem ondan ibarətdir ki, yeni şirkətlər bazara çıxmaqda çətinliklə (külli miqdarda investisiyalar tələb olunur) üzləşir. Əksər ekspertlərin fikrincə, ABŞ Cənubi Koreyada provayderlərə verilən vergi imtiyazları kimi yeni bazar modelləri tətbiq etməlidir.  

İnternetə çıxış sürətinə görə dünya reytinqində lider sakinləri internetə 73,07 Mbit/saniyə ilə daxil olan Honkonqdur. İkinci yeri Sinqapur (58,12 Мbit/saniyə), üçüncü yeri Rumıniya (56,59 Мbit/saniyə) tutub. Cənubi Koreya (51,99 Мbit/saniyə) isə dördüncü yerdə qərarlaşıb, - "Xaker www.xakep.ru" yazır.  



Baxış sayı: 689

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024