12px13px15px17px
Tarix:13/03/14

“Microsoft” şirkəti yeni proqramlarının Azərbaycan dilinə lokallaşdırılması üzrə işlərə başlayıb


“Microsoft Azerbaijan” şirkəti Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə “Microsoft”un əməliyyat sistemlərinin və ofis paketlərinin növbəti versiyalarının Azərbaycan dilinə lokallaşdırılması ilə bağlı danışıqlar aparır.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, “Microsoft Azerbaijan”ın texnologiyalar üzrə məsləhətçisi Qaçay Mirzəyev  bildirib ki, hazırda artıq “Microsoft” əməliyyat sisteminin və ofis paketinin yeni versiyalarının Azərbaycan dilinə lokallaşdırılması üzrə işlərə başlanılıb.
 
“Yeni versiyaların lokallaşdırılması üzrə işlər Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birgə aparılacaq”,- deyə o bildirib.
 
Q. Mirzəyevin sözlərinə əsasən, Azərbaycanda son zamanlar “Microsoft”un lisenziyalı proqramlarının satış həcmləri əhəmiyyətli dərəcədə artıb. Şirkət buna, qurğularda öncədən quraşdırılmış və avtomatik işə salınan lisenziyalı “Microsoft 8.1” əməliyyat sistemlərinin tətbiqi nəticəsində nail olub.


Aynur Vəliyeva



Baxış sayı: 675

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024