12px13px15px17px
Tarix:13/03/14

Dünyanın ən tanınmış “Instagram” akkauntunun sahibi Bakıya gəlir

O, BAKI KÜÇƏLƏRİNDƏ SEVGİLİSİ İLƏ BİRGƏ ŞƏKİL ÇƏKDİRƏCƏK
 
Bu günlərdə dünya üzrə tanınmış “Instagram” akkauntunun sahibi Murad Osman Bakıya gəlib.
Dağıstan əsilli Murad Osman (@muradosmann) fotoqraf, prodüser, həmçinin onu dünyaca məşhurlaşdıran “Ardımca gəl” (“Follow me”) fotolayihəsinin müəllifidir.  

Xatırladaq ki, bu layihənin qəhrəmanı fotoqrafın sevgilisi, jurnalist Natalya Zaxarovadır (@yourleo).  Layihəyə görə, onun dünyanın ən məşhur məkanları və şəhərləri fonunda öz ardınca Muradın əlindən tutmuş tərzdə fotoları çəkilib.

Muradın akkauntu “Instagram”da insanların diqqətini çəkib və yüz minlərlə qeydiyyatçı toplayıb. Azərbaycanın  paytaxtına gələcəyini Murad bir gün öncə “Instagram”da bildirib. Sosial şəbəkədə onun Bakıda sevdiyi qızla və videoqraf Fuad Qoldla çəkildiyi foto yayılıb.  

RƏVAN
 



Baxış sayı: 1898

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024